24 Dekabr 2018 17:14
622
Məktublar
A- A+

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə "ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və əməkdaşları adından ən səmimi təbriklərimizi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə uğurlu fəaliyyətiniz Sizə xas olan görkəmli və uzaqgörən siyasi xadim keyfiyyətləri, perspektiv və cari hədəflərin və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq üçün əzmkarlıq sayəsində təmin olunur.
Əminəm ki, Sizin millət lideri və dövlət xadimi istedadınıza, ensiklopedik biliklərinizə və bir sıra digər yüksək insani və vətəndaşlıq keyfiyyətlərinizə Azərbaycan Respublikasının qüdrətinin artırılması və onun vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması üçün hələ uzun illər ehtiyac duyulacaq.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji və gözəl ölkənizin əməksevər xalqının firavanlığı naminə yeni böyük zəfərlər diləyirəm.
Hörmətlə,


İqor Makarov

"ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video