24 Dekabr 2018 14:33
437
Məktublar
A- A+

Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Yuri Sentyurindən


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından təbriklərimi çatdırıram.

Doğum günləri həyat yoluna nəzər salmaq üçün gözəl imkanlar yaradır. Qeyd etməliyəm ki, Sizin həyatınız xalqınıza xidmətə həsr olunub.

Ölkəniz və xalqınız üçün davam edən xidmətlərə həsr olunacaq yeni bir ilə başladığınız ərəfədə fürsətdən istifadə edərək bildirirəm ki, GECF ilə Azərbaycan Respublikası arasında xüsusi əməkdaşlıq mövcuddur. Azərbaycan qaz sənayesində böyük işlər görüb. "Şahdəniz” yatağında təbii qaz ehtiyatlarının və "Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı buna misal göstərilə bilər. Bu ilin may ayında keçirilən və həmin üstünlükləri ətraflı şəkildə nümayiş etdirən 25-ci Xəzər Neft-Qaz Sərgisi və Konfransında iştirakdan çox məmnun oldum.

Cari ildə mənim Sizin tərəfinizdən qəbul edilmək şərəfinə nail olmağım GECF ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verdi və gələcəkdə daha sıx əməkdaşlıq üçün yol açdı.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, GECF-in 10 illik yubileyinin qeyd olunduğu bir vaxtda Azərbaycanın fəaliyyətimizə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirirəm. Qoy gələcək illər dostluğumuzun və uğurlu əməkdaşlığımızın yeni dövrü olsun!
Sizə, ailənizə, Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

Yuri Sentyurin
Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video