23 Dekabr 2018 21:02
965
İDMAN
A- A+

Çövkən oyunu üzrə “Prezident Kuboku” turnirində “Sərhədçi” komandası çempion olub


Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən milli atüstü oyunu üzrə "Prezident Kuboku” turnirinə dekabrın 23-də yekun vurulub. Turnirin sonuncu günündə üçüncü yer uğrunda görüş və final qarşılaşması oynanılıb. Yarış "Sərhədçi” komandasının qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında "Sərhədçi” və "Omar” komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk hissədə hesab açılmayıb. Fasilədən sonra hücumların kəsərini artıran sərhədçilər qarşılaşmanın bitməsinə 3 dəqiqə qalmış qələbə topunu vurublar. Tərlan Qurbanəliyev komandasının vacib qoluna imza atıb.

Beləliklə, "Sərhədçi” komandası 1:0 hesabı ilə qalib gələrək ardıcıl ikinci il çempion adını qazanıb.

Bürünc medallar uğrunda görüşdə isə "Polad” və "Buta Golden” komandaları mübarizə aparıblar. Oyunda 5:1 hesabı ilə qalib gələn "Polad” komandası bürünc medallara layiq görülüb.

Sonra qaliblərə mükafatlar təqdim olunub. Turnirin ən çox qol vuran oyunçusu adına "Sərhədçi" komandasının kapitanı Elçin Camallı, ən yaxşı oyunçusu adına isə Tərlan Qurbanəliyev layiq görülüblər.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.

Oyunlar arasındakı qısa fasilədə dekabrın 19-da Londonda start götürəcək Olimpiya Beynəlxalq Atçılıq Şousu çərçivəsində "Hampton Court” Kral sarayının ərazisindəki atçılıq mərkəzində "Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlinin açılışına və ənənəvi olaraq hər il təşkil edilən, 111 illik tarixə malik şouda Azərbaycan təmsilçilərinin valehedici çıxışına dair kadrlar nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video