23 Dekabr 2018 01:09
288
SİYASƏT
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Berlində qeyd edilib


Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış "Son iclas” bədii-sənədli filmi göstərilib


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə planlar və perspektivlər” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev tədbirdə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. Y.Musayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb. Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış "Son iclas” bədii-sənədli filmi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Sonra "Son iclas” filmi nümayiş olunub və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirə dəvət olunmuş azərbaycanlı müğənni və musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları ifa edilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.

Almaniyada yaşayan həmvətənlərimiz, Almaniya ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları tədbirdə iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video