22 Dekabr 2018 01:44
895
Qanunlar
A- A+

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748, № 11, maddə 1093; 2010, № 4, maddə 276; 2016, №11, maddə 1772; 2017, № 5, maddə 704, № 12, I kitab, maddə 2252) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 1.4-cü, 1.5-ci və 1.11-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"1.4. dövlət zəmanəti - əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverənə qaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının bu qanunla müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyi;

1.5. dövlət borcalması - Azərbaycan Respublikası adından qaytarılma şərtləri Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri olan borcverənlə razılaşdırılmaqla müəyyən müddətə maliyyə vəsaitinin cəlb edilməsi;”;

"1.11. Təminat Fondu - bu qanunun 13.1-ci maddəsinə uyğun olaraq yaradılan məqsədli büdcə fondu.”;

1.1.2. aşağıdakı məzmunda 1.10-1-ci maddə əlavə edilsin:

"1.10-1. dövlət borcunun təkrar maliyyələşdirilməsi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yeni dövlət borcalması vasitəsilə cəlb edilmiş maliyyə vəsaitləri hesabına mövcud dövlət borcunun bağlanılması;”;

1.2. 5-ci maddə üzrə:

1.2.1. 5.2.6-cı maddəyə "dövlət” sözündən əvvəl "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

1.2.2. aşağıdakı məzmunda 5.3-cü maddə əlavə edilsin:

"5.3. Xarici dövlət borcunun təkrar maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla həyata keçirilir.”;

1.3. 6-cı maddə üzrə:

1.3.1. 6.1.1-ci və 6.2-ci maddələrə "borcunun” sözlərindən sonra ", habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin” sözləri əlavə edilsin;

1.3.2. 6.3-cü maddədə "qaytarılması üzrə vaxtı çatmış öhdəliklərin ödənilməsinə” sözləri "qaytarılmasına” sözü ilə əvəz edilsin;

1.3.3. 6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"6.4. Daxili və xarici dövlət borcunun, habelə il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri) yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.”;

1.4. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.1. Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təmin edir. Dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulur. Ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.

7.2. Bu qanunun 7.1-ci maddəsində qeyd olunan mənbələr dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün kifayət etmədikdə "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət büdcəsinə müvafiq dəyişikliklər edilməsi məsələsinə baxılır.”;

1.5. 8-ci maddə üzrə:

1.5.1. 8.1-ci maddədə "yolu ilə” sözləri "əsasında” sözü ilə əvəz edilsin və həmin maddəyə "istifadəsini və” sözlərindən sonra "müqavilə ilə müəyyən edilmiş müddətlərdə” sözləri əlavə edilsin;

1.5.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə əlavə edilsin:

"8.2-1. Azərbaycan Respublikası adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xarici dövlət borcunun uçotunda əks etdirilir.”;

1.6. 9.1.3-cü və 10.1.3-cü maddələr ləğv edilsin;

1.7. 11-ci maddə üzrə:

1.7.1. 11.1.5-ci maddədə "balansı” sözü "maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

1.7.2. 11.1.6-cı maddədə "borcu” sözü "öhdəlikləri” sözü ilə əvəz edilsin;

1.7.3. 12.1.6-cı, 14.2-ci və 15.1.1-ci maddələrdə ismin müvafiq hallarında "zəmanətçi” sözü ismin müvafiq hallarında "zamin” sözü ilə əvəz edilsin;

1.8. 13-cü maddə üzrə:

1.8.1. adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 13. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”;

1.8.2. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.1. Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu - Təminat Fondu yaradılır.”;

1.8.3. 13.2-ci maddəyə "Dövlət” sözündən sonra "borcu və” sözləri əlavə edilsin və həmin maddədə "borc öhdəliklərinin” sözləri "öhdəliklərin” sözü ilə əvəz edilsin;

1.8.4. aşağıdakı məzmunda 13.2.1-1-ci maddə əlavə edilsin:

"13.2.1-1. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci və 19.5-ci maddələrinə əsasən vahid xəzinə hesabının sərbəst qalığının Təminat Fonduna köçürülən hissəsi;”;

1.8.5. 13.2.2-ci maddəyə "riskin dərəcəsi” sözlərindən sonra "və əsas borcalanın maliyyə vəziyyəti” sözləri əlavə edilsin;

1.8.6. 13.2.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.2.3-1. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq Təminat Fonduna köçürülən vəsait;”;

1.9. 14-cü maddə üzrə:

1.9.1. adına "dövlət” sözündən sonra "borcu və” sözləri əlavə edilsin;

1.9.2. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"14.1. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zamin verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Zamin bu məqsəd üçün dövlət borcuna xidmət xərcləri və ya Təminat Fondunun vəsaitindən istifadə edə bilər.”;

1.10. 15.2-ci maddədə "Zəmanətçi” sözü "Zamin” sözü ilə əvəz edilsin.

Maddə 2. Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video