22 Dekabr 2018 01:40
321
CƏMİYYƏT
A- A+

Qayğıdan çox razıyıq


Dövlət başçısı seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verən cənab İlham Əliyev ötən on beş illik fəaliyyəti dövründə vədini daim yerinə yetirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə dövlət qayğısı, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş qazilərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşan layihələr bunun təsdiqidir.

Ölkə rəhbərinin 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni əlavə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.

Ötən illər ərzində hər an dövlətin, şəxsən cənab Prezidentin diqqət və qayğısını üzərimizdə hiss etmişik. Heç vaxt bizə biganə olmayıblar. Allah Prezidentimizə cansağlığı versin. Dövlət başçısı şəxsən özü Qarabağ əlillərinin və şəhid ailələrinin yaşayışı ilə maraqlanır. Bundan artıq bizə nə lazımdır?! Heç bir xarici dövlətdə belə addım atılmayıb. Hörmətli Prezidentimizin şəxsi təşəbbüsü ilə Azərbaycanda şəhid ailələrinə və Qarabağ əlillərinə daim yüksək qayğı göstərilir. Prezidentin tapşırıqları əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı da ildən-ilə yaxşılaşır. Bu, bizləri sevindirir. Ona görə ki, Qarabağ müharibəsi əlillərinin rahat həyatının təminatı Prezidentin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən fərdi yaşayış evləri ilə biz də təmin edilmişik. Evlərin verilməsi həyatımıza rahatlıq gətirib. Binalarda yaradılan şəraitdən çox razıyıq. Qarabağ müharibəsi əlillərinin, o cümlədən bizim sosial müdafiəmizin gücləndirilməsi istiqamətində aparılan işlərə, yeni fərdi yaşayış evləri ilə təmin olunduğumuza görə dövlət başçısına ürəkdən təşəkkür edirik. Ölkəmizin inkişafı, dövlətimizin möhkəmlənməsi üçün gördüyü işlərdə dövlət başçısına yeni-yeni uğurlar arzulayırıq.

Hacıyev İsa İbrahim oğlu,

Zöhrabov Həsən Əli oğlu,

Əliyev Mayıl Əfqan oğlu,

Beyləqan rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video