Alternative content

05:33 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan
Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan
ANA SƏHİFƏ / Məktublar
21:52 21.12.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Başa çatmaqda olan il Azərbaycan xalqının çoxsaylı nailiyyətləri ilə əlamətdar olub. Prezident seçkilərində Sizin inamlı qələbəniz ölkənin iqtisadi və mədəni inkişafına, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasi kursunuzun xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsini bir daha nümayiş etdirdi.

Qoy Sizin bütün işləriniz və təşəbbüsləriniz, əvvəlki kimi, həmvətənləriniz, tarixi vətənimizin hüdudlarından çox-çox uzaqlarda dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin!

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, gözəl Yeni il əhval-ruhiyyəsi arzu edirəm.

Qoy qarşıdan gələn Yeni il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah əməllər və nailiyyətlərlə dolu olsun!

Dərin hörmətlə,


Natiq Ağamirov
Rusiya Notariuslar Assosiasiyasının sədri, professor


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM