21 Dekabr 2018 21:48
388
CƏMİYYƏT
A- A+

DOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Müşahidə Şurasının ilk iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanına əsasən DOST Agentliyi və "DOST” mərkəzlərinin yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olan "DOST” layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi, "bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

Nazir Müşahidə Şurasının agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcəyini deyib. O, nizamnaməyə əsasən agentliyin fəaliyyəti ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malik olan Şuranın həm də onun inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyənləşdirəcəyini, habelə müvafiq sənədləri təsdiq edəcəyini diqqətə çatdırıb.

İclasda DOST Agentliyinin və "DOST İş Mərkəzi”nin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə "DOST İş Mərkəzi” ilə bağlı təqdimatlarla çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video