21 Dekabr 2018 21:46
1259
PARLAMENT
A- A+

Navid Həsən Naqvi: Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur


Dekabrın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən komitə sədri Ziyad Səmədzadə Dünya Bankı ilə Azərbaycan arasında çox sıx və faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu münasibətlərin ildən-ilə genişləndiyini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına xüsusi önəm verib.

Ziyad Səmədzadə qeyd edib ki, ölkəmizdə iqtisadi islahatların qanunvericilik bazası kifayət qədər təkmildir. Bu qanunlar hazırlanarkən həm Dünya Bankının, həm digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. Eyni zamanda, Dünya Bankının və ölkəmizin milli maraqları nəzərə alınmaqla bir sıra normativ aktlar qəbul edilib.

Bu gün Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş ölkə kimi tanındığını qeyd edən Ziyad Səmədzadə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas xəttini qeyri-neft sektorunun inkişafı, innovativ iqtisadiyyatın qurulması təşkil edir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonrakı dövr ərzində çox böyük uğurlar əldə etdiyini bildirib. O qeyd edib ki, Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur.

Görüşdə Dünya Bankının Azərbaycanda səhiyyə sistemi, Mingəçevirdə və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə haqqında hesabatlarının təqdimatları olub. Qeyd edilib ki, Azərbaycanda səhiyyə sahəsində çox böyük nailiyyətlər əldə edilib. Mingəçevir və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə insanların tibbi yardım üçün ödədiyi məbləğin xeyli azalmasına səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video