21 Dekabr 2018 16:58
479
DÜNYA
A- A+

Makron “sarı jilet”lərin onlayn müraciətinə cavab verdi


Fransa Prezidenti Emmanüel Makron 1,15 milyon nəfərin imzaladığı və "sarı jiletlər”in fəalı Pristsilliya Lüdoskinin change.org saytında yerləşdirdiyi onlayn müraciətinə reaksiya vermişdir. "Sizin müraciətinizi eşitdim. Mən sizə birbaşa cavab verirəm: siz haqlısınız” deyə Makron müraciəti cavablandırmışdır.

Prezidentin dediyinə görə, etirazçılar benzinin qiymətinin artmasından çox böyük zərər çəkmiş və müraciət imzalamaqla buna cavab vermək qərarına gəlmişlər. Sənəddə fransızların üzərinə əlavə maliyyə yükü qoymadan ətraf mühiti necə qorumaq barədə təkliflər yer almışdır.

Makron cavabında yazır ki, iqlim dəyişikliyinə qarşı mübarizə zəruridir, lakin o, vətəndaşların aylıq əməkhaqqı ilə ziddiyyət təşkil etməməlidir. Prezident vəzifəsini tutduqdan sonra hələ də xalqla hakimiyyət arasında yaranmış uçurumu aradan qaldıra bilmədiyini etiraf etmişdir. Makron müraciətin dəstəklənməsini vətəndaş hərəkəti kimi qiymətləndirmiş və dialoqu davam etdirməyə hazır olduğunu bildirmişdir.

Ölkədə "sarı jiletlər” hərəkatının təşkil etdiyi kütləvi etirazlar bir aydan çoxdur davam edir. İlk aksiyalar ötən ayın 17-də keçirilmiş, sonra isə bütün ölkəni bürümüşdür.

Dekabrın 10-da Makron xalqa müraciətində minimal əməkhaqqını 100 avro artırmağı və vergiləri azaltmağı vəd etmişdir. Bundan əvvəl hökumət yanacaq vergilərinin artmasına moratorium qoymuşdur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video