21 Dekabr 2018 12:53
233
DÜNYA
A- A+

ABŞ-ın müdafiə naziri istefa verib


Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis istefa verib. Pentaqonun rəhbərinin vəzifəsini tərk etməsinin əsas səbəblərindən biri kimi Prezident Donald Trampın xarici siyasəti ilə razılaşmaması göstərilir.

AZƏRTAC xəbər verir ki, Mettis Prezidentə göndərdiyi istefa məktubunda yazıb: "Sizinlə mövqeləri yaxın olan müdafiə nazirinə malik olmaq haqqına sahibsiniz”. Amerikanın politoloqları və siyasi şərhçiləri bildirirlər ki, Mettisin qərarı Trampın Suriyadan qoşunları çıxarmaq qərarı ilə birbaşa əlaqəlidir. Pentaqonun rəhbəri öz məktubunda əlavə edib: "Mən ölkəmizin gücünün tərəfdaşlarımız və unikal alyans sistemimizlə ayrılmaz şəkildə bağlı olduğuna həmişə inanmışam. ABŞ azad dünyanın əvəzolunmaz ölkəsi kimi qalsa da, biz güclü alyansı qorumadan və müttəfiqlərimizə hörmət etmədən öz mövqelərimizi qoruya və ya bu vəzifəni icra edə bilmərik”.

Tramp, öz növbəsində, Pentaqonun rəhbərinə vəzifədə olduğu müddətdə gördüyü işlərə görə təşəkkür edib. Prezident özünün "Twitter” səhifəsində yazıb: "General Mettis fevralın sonunda hörmətlə istefaya gedəcək. O, son iki ildə mənim administrasiyamda müdafiə naziri vəzifəsində işləyib”. Tramp bildirib ki, tezliklə yeni müdafiə nazirinin adını açıqlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video