Alternative content

07:04 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Futbol üzrə Azərbaycan kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
Futbol üzrə Azərbaycan kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
22:08 20.12.2018

Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunda sonuncu yarımfinalçının adına aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ” səfərdə "Keşlə” ilə 1:1 hesablı heç-heçə edərək yarımfinala yüksəlib.

"ASK Arena”da baş tutan görüşdə hesabı meydan sahibləri açıblar. "Keşlə”nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar matçın 50-ci dəqiqəsində Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub. Matçın 90-cı dəqiqəsində "Qarabağ"ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.

Ağdamlılar evdə keçirdikləri ilk oyunda rəqiblərini 1:0 hesabı ilə məğlub etmişdilər.

Beləliklə, "Qarabağ” yarımfinalda "Qəbələ”, "Zirə” isə "Sumqayıt”la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM