Alternative content

07:02 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tanınmış idman jurnalisti Eldar İsmayılovun anadan olmasının 70 illik yubileyi qeyd edilib
Tanınmış idman jurnalisti Eldar İsmayılovun anadan olmasının 70 illik yubileyi qeyd edilib
ANA SƏHİFƏ / İDMAN
22:07 20.12.2018

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılovun anadan olmasının 70 illik yubileyi münasibətilə dekabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə yubilyarın həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib.

Azərbaycan Mətbuat Şurasının (AMŞ) Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə E.İsmayılovun ömrünün 52 ilini jurnalist peşəsinə həsr etdiyini vurğulayıb. E.İsmayılovun istedadlı jurnalistlərdən olduğunu, Azərbaycan mətbuatında fəallığı ilə seçildiyini deyən M.Süleymanzadə onun xidmətlərindən danışıb.

AMŞ-nin sədri Əflatun Amaşov ölkə mətbuatının tanınmış simalarından olan E.İsmayılovun istedadlı qələm sahibi kimi, yaradıcılıq enerjisi, zəhmətsevərliyi sayəsində cəmiyyətdə böyük hörmət qazandığını vurğulayıb. Bildirilib ki, onun rəhbərlik etdiyi AİJA ölkəmizdə nüfuzlu media qurumlarındandır. E.İsmayılov dünyanın və Avropanın idman jurnalistləri təşkilatlarının rəhbər qurumlarındakı səmərəli fəaliyyəti ilə ölkəmizin idman uğurlarının təbliğində yüksək fəallıq göstərir.

Milli Məclisin deputatları - Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, eləcə də Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, "Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, şair-publisist Ramiz Məmmədzadə, yazıçı-dramaturq Aqşin Babayev, Ağdam rayonunda olan ağsaqqal Səlim Əzimov və başqaları çıxışlarında Eldar İsmayılovun Azərbaycan mətbuatında təqdirəlayiq fəaliyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, E.İsmayılov 1948-ci ildə Ağdam rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində istedadı və bacarığı ilə diqqəti cəlb edən E.İsmayılov rəsm və fotolar çəkməkdə, divar qəzeti buraxılışı işində yüksək qabiliyyəti ilə seçilib. O, rayon qəzetinə məqalələr yazıb, idman, musiqi və poeziya ilə məşğul olub, texniki yaradıcılığa və bədii tərtibat məsələlərinə həvəs göstərib. Ağdam rayonunun istedadlı yeniyetmələrindən biri kimi tanınan E.İsmayılov qısa zamanda rayonun ictimai-mədəni həyatında fəal iştirak edən ziyalılardan birinə çevrilib. Bir müddət teleradionun Qarabağ bölgəsi üzrə müxbiri kimi fəaliyyət göstərən E.İsmayılov müharibə dövründə dəfələrlə qaynar nöqtələrdə olub, öz vəzifəsini uğurla yerinə yetirib. 1993-cü ildən məcburi köçkün həyatı yaşayan jurnalist qələmini yerə qoymayaraq, erməni təcavüzünün ağır nəticələrini göstərmək üçün mübarizəsini davam etdirir. Onun təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası yaradılıb, ölkəmizdə bir sıra beynəlxalq tədbir təşkil olunub.

Tədbirin sonunda yubilyar çıxış edərək yüksək diqqətə və xoş sözlərə görə minnətdarlığını bildirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM