20 Dekabr 2018 18:40
536
DÜNYA
A- A+

Yaponiya məhkəməsi “Nissan”ın sabiq top-menecerini azadlığa buraxdı


Yaponiya məhkəməsi maliyyə pozuntularında şübhəli bilinərək həbs olunmuş "Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri, şirkətin "Renaut” və "Mitsubishi” ilə alyansının rəhbəri Karlos Qonu girov müqabilində azadlığa buraxmışdır. Bu barədə "Kyodo News” agentliyi xəbər verir.

Məlumata görə, məhkəmə prokurorluğun biznesmenin dünən vaxtı bitmiş ilkin saxlama müddətini uzatmaq xahişini rədd etmişdir.

Qon ötən ayın 19-da həbs olunmuşdu. O, vergidən yayınmaq məqsədilə özünün əməkhaqqının məbləği barədə bilərəkdən yanlış məlumat verməkdə şübhəli bilinirdi. Onunla birlikdə şirkətin direktorlar şurasının üzvlərindən daha biri – Qreqori Kelli həbsə atılmışdır.

Noyabrın 22-də Qon "Nissan” direktorlar şurasının sədri vəzifəsindən azad edilmiş, bir neçə gün sonra isə "Mitsubishi”də analoji vəzifədən məhrum olunmuşdur. Bununla belə, o, "Renaut”un başçısı kürsüsünü qoruyub saxlaya bilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video