20 Dekabr 2018 18:35
399
DÜNYA
A- A+

Rusiya Prezidenti jurnalist Orxan Camalın həlak olması ilə əlaqədar başsağlığı verib


Rusiya Prezidenti Vladimir Putin jurnalist Orxan Camalın, rejissor Aleksandr Rastorquyevin və operator Kiril Radçenkonun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada böyük mətbuat konfransında jurnalist Orxan Camalın, rejissor Aleksandr Rastorquyevin və operator Kiril Radçenkonun Mərkəzi Afrika Respublikasında həlak olmaları barədə suala cavab verərkən bildirib ki, heç şübhəsiz, dünyada jurnalistlərin öldürüldüyü hər hansı hadisə kimi, bu hadisə də faciədir. Prezident dövlətin diplomatik kanallar vasitəsilə bu işin təhqiqatını nəzarətdə saxladığını qeyd edərək deyib: "Sizə, bütün redaksiya üzvlərinə, orada həlak olan insanların yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm”.

Rusiyada müsəlman ictimai xadiminin oğlu, Azərbaycan əsilli jurnalist və hüquq müdafiəçisi Orxan Camal iki həmkarı - rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko ilə birlikdə 2018-ci il iyulun 31-də Mərkəzi Afrika Respublikasında həlak olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video