20 Dekabr 2018 18:32
322
DÜNYA
A- A+

Vladimir Putin: Atatürk Rusiyanın böyük dostu idi

Atatürk, heç şübhəsiz ki, Türkiyə tarixinin görkəmli siyasi xadimidir. O, Türkiyə tarixinə dövlətçiliyin qorunması və bərpası üzrə parlaq səhifə yazıb. Bu istiqamətdə çox işlər görüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvada keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə münasibətləri haqqında sualı cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezident qeyd edib ki, Atatürk Rusiyanın böyük dostu idi və ruslarla əməkdaşlıq edirdi. "Biz bunu yaxşı bilirik və qiymətləndiririk. Atatürk müasir Türkiyə dövlətinin banisidir, onun əsaslı bünövrəsini qoyub”, -deyə Putin vurğulayıb.

Rusiya Prezidenti Rusiya-Türkiyə münasibətlərinin müasir vəziyyətindən məmnunluğunu ifadə edib. "Həm iqtisadi, həm də təhlükəsizlik sahələrində. Bəzi məsələlərdə bizim maraqlarımız üst-üstə düşməsə də, biz Suriya böhranının nizama salınması üzrə kompromis qərarlar əldə edirik. Biz Türkiyə Respublikasının, türk xalqının milli maraqlarına hörmətlə yanaşırıq. Görürük ki, bizim türkiyəli tərəfdaşlarımız da kompromisə getməyə hazırdır və Suriyada vəziyyətin yaxşılaşması, terrorçuluqla mübarizə, əlaqələrimizin möhkəmlənməsi naminə birlikdə bu kompromisə nail oluruq”, -deyə Vladimir Putin əlavə edib.

Rusiyanın dövlət başçısı sonda bəyan edib: "İqtisadiyyata gəldikdə, siz də əməkdaşlığımızın möhkəmləndiyinin şahidisiniz. Türkiyə NATO-nun üzvüdür, alyansın üzvü kimi öz vəzifələrini yerinə yetirir. Eyni zamanda, müstəqil xarici siyasət yürüdür. Biz bunu qiymətləndiririk. Bu, münasibətlərimizin proqnozlaşdırılması və dayanıqlığı üçün şərait yaradır. Bu mənada Türkiyə Prezidentinin rolu çox böyükdür. Ümidvarıq ki, cənab Ərdoğanın rəhbərliyi altında bu tendensiya gələcəkdə də davam edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video