20 Dekabr 2018 18:28
365
DÜNYA
A- A+

Xarici siyasət konsepsiyası olmayan Ermənistan XİN-in ziddiyyətli bəyanatları davam edir


Ermənistanın xarici siyasət idarəsindən son günlərdə yayılan xaotik bəyanatlar göstərir ki, bu ölkənin xarici siyasət konsepsiyası yoxdur. Rəsmi Yerevanın Rusiya və Qərblə münasibətlərini yeni müstəviyə daşımaq üzrə uğursuz cəhdləri bir çox hallarda diplomatik qalmaqalla nəticələnir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, belə qalmaqallardan biri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatı ilə əlaqədardır. Belə ki, rusiyalı nazirin "Komsomolskaya Pravda” radiosuna müsahibəsindəki "Amerikan biolaboratoriyalarında əcnəbi hərbçilərin olmaması barədə sənəd üzərində Ermənistanla apardığımız iş başa çatır” cümləsində dəyişiklik edən erməni müxalifəti bunu "Ermənistandakı amerikan biolaboratoriyalarında əcnəbi hərbçilərin olmaması barədə sənəd üzərində apardığımız iş başa çatır” kimi təqdim edərək Paşinyana qarşı fəal kampaniyaya başlayıb. Bunun nəticəsində həm Rusiya, həm də ABŞ Yerevanın anlaşılmaz mövqeyindən narazı qalıb. "Sasna tsrer” partiyası isə yeni hökuməti ölkənin olmayan müstəqilliyini satmaqda, Ermənistanı Rusiyanın müstəmləkəsinə çevirməkdə ittiham edib. Vəziyyətin gərginləşdiyini görən Ermənistan XİN ölkənin ərazisində heç bir xarici dövlətin hərbi hissələrinin yerləşdirilməyəcəyi barədə bəyanatla çıxış etməyə məcbur olub. (Əlbəttə, 102 nömrəli rus hərbi bazası istisna olmaqla-AZƏRTAC).

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan qərbyönlü siyasi analitiklərin də ölkənin Rusiyanın müstəmləkəsi altında olması barədə ittihamlarına cavab verməli olub. Paradoksal olan bu cavabda deyilir: "Ermənistan-Rusiya münasibətləri suveren bərabərhüquqluluq prinsipləri üzərində qurulub və bu əsaslarda da davam edəcək”. Ekspertlər isə Ermənistan rəsmisinin bu bəyanatını gülünc hesab edirlər: məlum olduğu kimi, suveren dövlətlərin sərhədlərini əcnəbi əsgərlər qorumur.

Həmin Naqdalyan dekabrın 20-də bəyan edib ki, Belarusun Azərbaycana satdığı silahlar kimlər üçünsə biznes ola bilər, amma erməni xalqı üçün öldürücü vasitədir. Onun sözlərinə görə, bu, regionda sabitliyə təhlükə törədir. Daha bir paradoks: uzun illər boyu Rusiyadan milyardlarla dollar dəyərində silah alan və qonşu ölkənin ərazilərinin 20 faizini işğal etmiş Yerevanın bu bəyanatı verməyə mənəvi və hüquqi haqqı varmı?

Ermənistan xarici siyasətindəki "Qordiyev düyünü” Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təklənməsi ilə daha mürəkkəb hala gəlib. Təşkilata üzv dövlətlərin hamısının yekdilliklə Belarusun namizədini KTMT sədrliyinə təyin olunmasını dəstəkləməsi Paşinyanın təcrid olunması ilə nəticələnib. Ermənistan XİN-in mətbuat katibinin bugünkü bəyanatında isə bu məsələnin hələ tam həllini tapmadığı və rəsmi Yerevanın Minskin namizədinə münasibətdə bitərəf mövqe tutduğu qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video