20 Dekabr 2018 18:15
355
DÜNYA
A- A+

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilib


Ermənistanın iri müəssisələrindən olan "Nairit” kimya zavodunun müflis olması səbəbindən işsiz qalan insanlar hökumət binası qarşısında etiraz aksiyası keçirərək pozulmuş hüquqlarının bərpasını tələb ediblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar zavodun öz əməkdaşlarına 15 milyon dollardan çox borcunun olduğunu bildiriblər. Bu məbləğ artıq dördüncü ildir ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbi yerinə yetirilmir.

Zavodun əməkdaşları məsələ ilə bağlı beynəlxalq məhkəməyə də müraciət ediblər. Hökumət binası qarşısında toplaşanlar rəsmilərlə görüş tələb ediblər. Lakin onların cəhdləri cavabsız qalıb. Etirazçılar heç yerdə iş tapa bilməmələrindən şikayətləniblər. Hökumətin başı isə vəzifə bölgüsünə qarışıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video