Alternative content

16:25 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının nümayəndələrinin M Ü R A C İ Ə T İ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının nümayəndələrinin M Ü R A C İ Ə T İ
ANA SƏHİFƏ / Məktublar
00:46 20.12.2018

Möhtərəm cənab Prezident!

Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Sizin tərəfinizdən böyük müdriklik və uzaqgörənliklə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrəti artır.

Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Reallaşdırılan mühüm tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Zati-alinizin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişlər. Sizin təşəbbüsünüzlə müəyyənləşdirilmiş strateji yol xəritəsinə uyğun olaraq, ölkəmizdə işgüzar mühit davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

İnvestisiyaların və ixracın təşviqi mexanizmlərinin yaradılması, dövlət satınalmalarında yerli məhsullar üçün güzəştlərin və ölkəyə gətirilən bir sıra məhsullar üçün yeni idxal rüsumlarının müəyyən edilməsi, kənd təsərrüfatının ənənəvi sahələrinə subsidiyaların verilməsi sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir.

Bu siyasətin davamı olaraq hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi barədə sərəncamınız sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermişdir.

Bu il Sahibkarlar Günündə "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” imzaladığınız sərəncamla sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs orden və medallarla təltif olunmuşdur.

Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmiş, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticənin əldə olunması biz sahibkarları çox qürurlandırır.

Möhtərəm cənab Prezident!

Sahibkarlara göstərdiyiniz diqqət və qayğını qurultay nümayəndələri xüsusi minnətdarlıq hissi ilə vurğulayırlar.

Məhz Sizin müdrik siyasətinizlə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil etmişdir.

Bu gün Azərbaycanda sağlam bazar münasibətləri, azad rəqabət mühiti, özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Bütün bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etməkdədir.

Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya və ittifaqı birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası özəl sektorda sağlam qüvvələrin birləşməsi əsasında ölkəmizin iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, bu sahədə yüksək səmərəliliyə nail olunması, ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması üçün özəl sektorun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.

Bu gün Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarının təmsilçisi kimi hökumətin bu sahədə əsas sosial partnyoru olmaqla, 2001-ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Sazişin tərəflərindən biridir.

Konfederasiya Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq qüdrətli Azərbaycan naminə daim ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəldilməsi, dayanıqlı və sağlam bazar münasibətlərinin formalaşdırılması istiqamətində davamlı fəaliyyət göstərir. Sahibkarlar Konfederasiyası həmçinin ölkəmizin inkişafı naminə qəbul edilən qanunların təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir, sahibkarların sosial məsuliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, habelə əlavə dəyər yaradan sahələrin formalaşdırılmasında fəal iştirak edir.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq əminik ki, daim azad sahibkarlığın inkişafında və dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində, möhtərəm cənab Prezident, Sizin dəstəyinizi və qayğınızı hiss edəcəyik.

Möhtərəm cənab Prezident!

Qurultay nümayəndələri adından Sizi əmin edirik ki, sahibkarlara göstərilən dövlət dəstəyinə cavab olaraq ölkə sahibkarları bundan sonra da iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri dönmədən həyata keçirəcək, müəyyən etdiyiniz sosial-iqtisadi siyasətin həyata keçirilməsinə layiqli töhfələr verəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının

V qurultayının nümayəndələri

Bakı şəhəri, 19 dekabr 2018-ci il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM