20 Dekabr 2018 00:44
628
Mədəniyyət
A- A+

Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda 1941-1945-ci illər müharibəsinin qəhrəmanı, professor Məzahir Abasovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov professor M.Abasovun mənalı ömür yolundan, onun 1941-1945-ci illər müharibəsində faşistlərə qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından, eləcə də tarix elminə verdiyi töhfələrdən danışıb.

Qeyd olunub ki, M.Abasov 1941-1945-ci illər müharibəsi zamanı Ukraynanın Sevastopol və Odessa şəhərlərinin, Qafqazın hava hücumlarından müdafiəsində fəal iştirak edib. Onu ağır yaralı olanda Azərbaycanın görkəmli həkim və alimləri Əziz Əliyev və Mustafa Topçubaşov müalicə ediblər.

Y.Mahmudov professor M.Abasovun 1941-1945-ci illər müharibəsi tarixinin ilk tədqiqatçılarından biri olduğunu vurğulayıb.

Tədbirdə M.Abasovun həyat və fəaliyyətindən bəhs edən "İgid şahin" sənədli filmi nümayiş olunub.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev M.Abasovun elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onun vətənpərvər bir alim olduğunu söyləyib.

Milli Məclisin deputatı Eldar Quliyev, professor Musa Bağırov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, yazıçı Georgi Zapletin və digər çıxış edənlər də M.Abasovun səmərəli fəaliyyətindən söhbət açıblar.

Bildirilib ki, M.Abasov tarixşünaslığımızda ilk dəfə 1941-1945-ci illər müharibəsi zamanı Bakının SSRİ-nin əsas yanacaq mənbəyi olduğunu sübut edib. O, 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunub.

Sonda M.Abasovun oğlu Əlövsət Abasov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video