20 Dekabr 2018 00:43
204
SİYASƏT
A- A+

Azərbaycan ilə ABŞ arasında gömrük sahəsində münasibətlər uğurla inkişaf edir


Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə Administrasiyasının Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq və dostluq münasibətlərinin gömrük sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də ciddi islahatların həyata keçirildiyini bildirib. O, bu islahatlar nəticəsində daha çevik və dinamik gömrük xidmətinin formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətli, təhlükəsiz və asan həyata keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün gömrük sisteminin fəlsəfəsi nəzarətdən xidmətə doğru dəyişdirilib.

Şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışan komitə sədri görülən işlərin nəticəsi kimi, bu ilin müvafiq dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ciddi nailiyyətlərin qazanıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq.

S.Mehdiyev ümidvar olduğunu bildirib ki, 2019-cu il aprelin 16-18-də Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq müstəvidə görülən işlərə mühüm töhfə verəcək.

V.Varen narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirləri, əldə edilən nailiyyətləri yüksək qiymətləndirib. Vurğulanıb ki, Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video