Alternative content

16:27 23 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
02:23 23.07.2019 144 illik şərəfli yol
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayına
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayına
ANA SƏHİFƏ / Məktublar
23:29 19.12.2018

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının öz işinə başlaması münasibətilə səmimi salamlayıram.

Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.

Hazırkı mərhələdə başlıca məqsədlərimizdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsi və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir. Bu istiqamətdə post-neft dövrü iqtisadiyyatının müxtəlif sahələr üzrə inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır.

İslahatların müvəffəqiyyətlə aparılması və müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizi nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ilin oktyabrında Dünya Bankının yaydığı "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirdiyimiz islahatlar sayəsində mümkün olmuşdur.

İqtisadiyyatın neftdən asılılığının azaldılması və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik. Hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində qazanılan nailiyyətlər sahibkarlara biznes fəaliyyətini genişləndirmələri üçün əlavə stimul yaradır. Milli iqtisadiyyatın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətli rol oynayacağına əminliyimi ifadə edirəm.

Ümidvaram ki, qurultay zamanın çağırışlarına və milli inkişaf prioritetlərinə uyğun qərarları ilə qurumunuzun öz gələcək fəaliyyətinin daha səmərəli təşkili və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi işinə töhfəsini verəcəkdir. Bu yolda hər birinizə uğurlar arzulayıram.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM