Alternative content

11:37 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
ANA SƏHİFƏ / İDMAN
23:27 19.12.2018
Dekabrın 19-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Nazir müavini bildirib ki, güləşçilərimiz həmişə beynəlxalq arenada yüksək nailiyyətləri ilə xalqımızı sevindirirlər. İdmanın bu növü ölkəmizdə çox sevilir və populyardır. Ölkə çempionatında da rəqabət çox yüksəkdir.

Azərbaycanın mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən İ.İsmayılov ölkəmizdə respublika birinciliklərinin dünya və Avropa çempionatları səviyyəsində təşkil olunduğunu diqqətə çatdırıb. O, güləşçilərimizin "Tokio 2020” Yay Olimpiya Oyunlarında da yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirib.

Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifələrini icra edən Namiq Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda sürətli inkişafın müşahidə olunduğunu vurğulayıb. N.Əliyev bildirib ki, güləşçilərimiz həmişə yüksək nailiyyətləri ilə fərqlənirlər. Cari ildə pəhləvanlarımız Avropa birinciliklərində 14, dünya çempionatlarında isə 6 medal qazanıblar. İki güləşçimiz isə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında fəxri kürsüdə yer alıb. Bütün bunları nəzərə alaraq, cari ili Azərbaycan güləşi üçün uğurlu hesab etmək olar.

Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən N.Əliyev qaliblərin milli komandaya cəlb olunacaqlarını deyib və yarışı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasiminə cari ildə yüksək nəticələr qazanan yeniyetmə və gənc güləşçilərin mükafatlandırılması ilə yekun vurulub.

Mərasim başa çatdıqdan sonra yunan-Roma güləşçilərinin medallar uğrunda mübarizəsinə start verilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM