19 Dekabr 2018 23:17
358
İQTİSADİYYAT
A- A+

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə əsasən Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, investisiya siyasəti, valyuta vəsaitinin idarə edilməsi və digər məsələlər müzakirə olunub.

Dövlət Neft Fondu tərəfindən Fondun 2019-cu il üçün büdcə layihəsi barədə təqdim edilən məlumata əsasən 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti növbəti il üçün dövlət büdcəsi ilə eyni - 60,0 ABŞ dolları səviyyəsində götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun 2019-cu il üzrə büdcə gəlirlərinin ümumi həcminin 15 450,1 milyon manat, büdcə xərclərinin 11 595,2 milyon manat təşkil etməsi və Fondun büdcəsində 3 854,9 milyon manat profisitin yaranması proqnozlaşdırılır.

Dövlət Neft Fondunun 2019-cu il üçün investisiya siyasətinin müzakirəsi zamanı qeyd edilib ki, Neft Fondunun növbəti il üzrə investisiya portfelində xarici valyutalarda ifadə olunan aktivlərin çəkisi ABŞ dollarında 50 faiz, avroda 35 faiz, İngilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.

Xərclərin strukturunda məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 200,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 364,3 milyon manat, Fondun idarə edilməsi ilə bağlı xərclər 30,9 milyon manat məbləğində olması proqnozlaşdırılır.

Eyni zamanda, iclasda Fondun 2019-cu ilin büdcə layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək irəli sürülən nəticə və tövsiyələrin baxılmasına dair tapşırıqlar verilib.

Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında Qaydalarda dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə olunub və Şuranın üzvləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin nəzərə alındığı bildirilib.

Müzakirələrin nəticəsi olaraq, Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 milyon manat, xərclərinin 11 595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi, o cümlədən investisiya siyasəti daxil olmaqla, Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab olunaraq, təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Həmçinin Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video