Alternative content

23:02 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar islahatların intellektual mərhələsi
Aqrar islahatların intellektual mərhələsi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:24 19.12.2018


Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə keçirilən "AgTech and Green Energy” mövzusunda beynəlxalq forum iki gün davam etdi.

Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak etmişlər.

Müasir dünyada ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təchizatı aqrar sektoru qlobal miqyasda ən mütərəqqi texnologiyaların və innovasiyaların tətbiqinə sövq edir. Azərbaycan islahatların önündə gedən ölkə kimi qeyri-neft sektorunun inkişafında, xüsusən də aqrar sektorda son texnologiyaların tətbiqində ciddi təşəbbüslər nümayiş etdirir. Aparılan islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası belə qənaətə gəlməyə imkan verir ki, aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu istiqamətdə artıq logistika sistemi qurulmuş, müasir soyuducular, emal müəssisələri istifadəyə verilmiş, böyük su ehtiyatları yaradılmış, yüz min hektarlarla torpaqlar dövriyyəyə qatılmış, aqroparklar fəaliyyətə başlamışdır. Gərgin əmək sayəsində ümumi daxili məhsulda və ixracda kənd təsərrüfatının payı artmışdır.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İ.Kərimov aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlarının mövcud resurslardan səmərəli istifadədən, məhsuldarlığın artırılmasından, ətraf mühitin qorunmasının təmin edilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır.

Bu gün aqrar sektorun müasir idarəetmə sistemində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqinin fəaliyyət modeli kimi əsas götürüldüyünü deyən İ.Kərimov forumun fermerlərə innovativ yeniliklərin geniş spektri ilə tanış olmaq imkanı verdiyini qeyd etmişdir.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli forumda ölkəsinin kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazır olduğunu vurğulamış, başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının daxil olduğunu, əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini demişdir.

Azərbaycan Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov isə forumda aqrar siyasətin başlıca vəzifəsinin effektivlik meyarları ilə ekoloji tələblərin səmərəli uzlaşdırılmasından ibarət olduğunu diqqətə çatdırmışdır. "Ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür, strateji məqsədlər, prinsiplər və hədəflər müəyyən olunur, aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib” deyən A.Əmiraslanov qeyd etmişdir ki, Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri aqrar sahədə yeni texnologiyaları, elektron kənd təsərrüfatı sistemini tətbiq etməkdən, Yer səthinin müşahidə peykinin imkanlarından həm ekoloji siyasətin, həm də aqrar siyasətin məqsədləri üçün geniş istifadə edilməsindən ibarətdir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də forumdakı çıxışında bərpa olunan enerji mənbələrinin potensialının böyük olduğunu, yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsinin planlaşdırıldığını, beynəlxalq ekspertlərin dəstəyi ilə "Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsinin hazırlandığını bildirmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası və şəbəkənin gücləndirilməsi layihəsinə başlanıldığını nəzərə çatdıran nazir eyni zamanda Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ixtisaslaşmış bir sıra şirkətlərlə məsləhətləşmələr aparıldığını, Asiya İnkişaf Bankının dəstəyi ilə Böyükşor gölündə "Üzən Günəş Paneli” pilot layihəsi həyata keçirildiyini xatırlatmışdır.

15-ə yaxın ölkədən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələri iştirak etmişlər. Onların iştirakı ilə "Energetika və aqrar texnologiyaların gələcəyi”, "Aqrar və yaşıl enerji üçün texnologiyalar”, "Aqrar və energetika texnologiyaları üzrə akademiya”, "Siyasətin təsiri”, "Yeni innovativ ekosistemlər”, "Fermerlər üçün seksiya” və bir sıra başqa mövzular üzrə seminar da keçirilmişdir.

Prezident İlham Əliyevin iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da beynəlxalq təcrübəyə uyğun apardığı islahatların fonunda Bakıda aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda beynəlxalq forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu forum aqrar və energetika sahələrinin perspektiv əlaqələri, yeni texnologiyaların və yaşıl enerjinin tətbiqi sahəsində qabaqcıl təcrübəyə və dünyada müşahidə olunan trendlərə nəzər salmağa imkan verir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM