Alternative content

11:39 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək
Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək
ANA SƏHİFƏ / İDMAN
22:05 18.12.2018

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları dekabrın 19-dan 23-dək Londonda Olimpiya Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, olimpiya üçün hazırlanan nümayiş "Odlar yurdu Azərbaycan və Qarabağ atı” kimi tanınır. Nümayiş Qarabağ atları üzərində hərəkətlər göstərəcək 12 at və çapardan ibarət olacaq.

Nümayişin məqsədi Azərbaycanın mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır. Zəngin mədəniyyət əsrlərboyu Azərbaycan xalqının qəhrəmanlığını, cəsarətini və qorxmazlığını nümayiş etdirən milli rəqs və musiqimizin müşayiəti altında Qarabağ atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə nümayiş olunacaq.

Qeyd edək ki, Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi cins kimi tanınır. Atlar mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyində və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə çıxış edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM