18 Dekabr 2018 18:14
478
DÜNYA
A- A+

BMT miqrasiya haqqında qlobal müqaviləni qəbul etdi


BMT Baş Assambleyasının iclasında 181 ölkənin səsi ilə miqrasiya haqqında qlobal müqavilə qəbul edilmişdir. Sənədin mətni iki il idi müzakirə olunurdu. ABŞ əsasən qaçqınların qəbulu üzrə öhdəliklərin ədalətli bölünməsini dəstəkləyən müqaviləyə qarşı çıxmışdır. Vaşinqtonun fikrincə, müqavilə dövlətlərin suverenlik hüququna hörmət etmir. Macarıstan ABŞ-a qoşularaq sazişin əleyhinə səs vermişdir. Dominikan Respublikası, Eritreya və Liviya bitərəf qalmışlar. Bu barədə TRT telekanalı xəbər verir.

Miqrasiya haqqında qlobal müqavilə ən çox miqrant qəbul edən ölkələrin vəziyyətini yüngülləşdirməli, qaçqınların məskunlaşdıqları ölkələrdə özlərini dolandırmağı təmin etməli, onların üçüncü ölkələrə köçmək imkanlarını genişləndirməli və vətənə qayıtmaları üçün şərait yaratmalıdır.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, hazırda dünyada 25,4 milyon nəfərdən çox adam miqrant statusuna malikdir. Onların üçdə ikisi 10 ölkənin ərazisində məskunlaşmışdır. Türkiyə qaçqın qəbul edən ölkələr siyahısında birinci yeri tutur. Hazırda bu ölkədə 3,5 milyon nəfərdən çox miqrant sığınacaq tapmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video