18 Dekabr 2018 17:59
233
CƏMİYYƏT
A- A+

Bakıda “Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi” mövzusunda konfrans keçirilib


Dekabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondu "Mənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimi” mövzusunda konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, konfransda eyniadlı kitabın təqdimatı da olub.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. O, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu deyib. Vurğulanıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət-din siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Bu dəyərlər cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır, yad təsirlərin qarşısını alır.

Bildirilib ki, kitab hazırlanarkən AZƏRTAC-ın materiallarından istifadə olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük önəm verilir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində bu siyasətin böyük rolu var. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən "SƏS” Media Qrupun rəhbəri vurğulayıb ki, bu gün mənəvi dəyərlərimizin qorunması və təbliği işi xüsusi diqqət mərkəzindədir.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün dünyada gedən səssiz müharibədə Azərbaycan xalqının ən mühüm sipəri milli-mənəvi dəyərlərimiz və ailə institutudur. O, milli-mənəvi dəyərlərimizin təbliği işinin dövlət səviyyəsində aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olandan sonra mənəvi dəyərlərimiz dövlətin əsas strategiyasına çevrildi.

"İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.

Konfransda xarici qonaq qismində iştirak edən Pakistan Dövlət Televiziyasının əməkdaşı, jurnalist Afşan Malik Azərbaycan ilə Pakistan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Pakistanlı jurnalist qeyd edib ki, ölkələrimizi ortaq mənəvi dəyərlər birləşdirir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və tarix elmləri doktoru, professor İradə Hüseynova tədbirdə çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində görülən işlər barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlətimizin başçısının milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını bir daha sübut edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video