18 Dekabr 2018 00:39
1027
SİYASƏT
A- A+

Bünövrə möhkəm, perspektivlər geniş


Məhz iqtisadi və siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının nəticəsidir ki, Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində 3-cü, o cümlədən idxalında 1-ci yerdədir. Bu fakt da göstərir ki, hər iki ölkə arasında yüksək səviyyədə iqtisadi və siyasi münasibətlər mövcuddur. İndiki zamanda isə ölkələr arasında bu cür münasibətlərə hər deyəndə rast gəlinmir.

Sözsüz ki, iki ölkə arasındakı bu cür yüksək münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında olan səmimi dostluq əlaqələrindən qaynaqlanır. Hər iki lider öz ölkəsinin mənafeləri üçün qarşılıqlı faydalı əlaqələrin qurulmasına böyük önəm verir. Bunun üçün dövlət başçıları tez-tez görüşür, aktual olan problemləri həll edirlər.

Prezident İlham Əliyev dekabrın 13-də Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən ölkələrimiz arasında olan iqtisadi və siyasi münasibətləri yüksək qiymətləndirərək demişdir: "Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabr ayının əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonunda Azərbaycana səfərləri olub.

Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik... Mən, həmçinin "Şimal-Cənub dəhlizi”nin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik”.

Xəbər verildiyi kimi, iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün dekabrın 14-də Moskvada Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Azərbaycan tərəfindən komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu bildirərək iki ölkə arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Nazir vurğulayıb ki, ticarət və qarşılıqlı investisiyanın Azərbaycan-Rusiya əlaqələrində mühüm əhəmiyyəti var. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard, Rusiya tərəfi isə ölkəmizdə müxtəlif sahələrə 4,2 milyard dollardan çox investisiya yatırıb. Qeyd edək ki, iqtisadi əlaqələrimizin əsas xüsusiyyətlərindən biri də Rusiyanın müxtəlif regionları ilə Azərbaycanın birbaşa münasibətlər qurmasıdır. Ötən illərin təcrübəsi göstərir ki, bu yol hər iki tərəf üçün səmərəlidir, bürokratik əngəlləri aşmağın asan yoludur.

Komissiyanın iclasında bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün 200-ə yaxın siyasi və iqtisadi sənəd imzalanıb. Son 5 ildə Azərbaycan və Rusiya arasında 50-yə yaxın biznes-forum və işgüzar görüşlər təşkil edilib. Belə tədbirlərdən biri də cari il sentyabrın 27-də keçirilən Azərbaycan-Rusiya regionları forumu olub.

Bu cür işgüzar və qarşılıqlı səmərəli olan münasibətin nəticəsidir ki, indi Azərbaycan bazarında 760 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il 450 milyon dollarlıq 42 birgə layihəyə dəstək verib.

Şimal qonşumuzla energetika sahəsində də uğurlu əməkdaşlığımız var. Bu əməkdaşlıq çərçivəsində "LUKoyl” Azərbaycanın energetika sektoruna 4 milyard dollara yaxın sərmayə qoyub. Yaxın vaxtlarda isə "Rostneft” SOCAR-la "Qoşadaş” neft-qaz yatağı kəşfiyyatı və mənimsənilməsi işinə başlayacaq. Bununla yanaşı, ölkəmiz maşınqayırma və digər sahələrdə də Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirir.

Rusiya ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının da əsas alıcısıdır. Qonşu ölkədə Azərbaycanın keyfiyyətinə görə fərqlənən meyvə və tərəvəzinə böyük tələbat var. Bu səbəbdən Rusiya bazarına kənd təsərrüfatı məhsullarımızın ixracının dinamikası sürətlə artır. Hətta Avropa bazarlarında əsassız bəhanələrlə satılmasına icazə verilməyən kənd təsərrüfatı məhsullarımız Rusiya bazarında asanlıqla satılır. Elə ötən il bizim kənd təsərrüfatı məhsullarımızın Rusiya bazarında satışının 12 faiz artması da bunu sübut edir. Bu, yarım milyard dollarlıqdan çox məhsulun satılması deməkdir.

30-dan çox Azərbaycan şirkəti keçən il sentyabrın 17-dən 20-dək Moskvada keçirilən Beynəlxalq Ərzaq Sərgisində iştirak edib. Bununla yanaşı, Azərbaycan sərmayədarları Rusiyada kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. Belə müəssisələr sırasında Nijni Novqorod vilayətində istixana kompleksini və Krasnodar diyarında ərzaq məhsullarının istehsalı üzrə birgə müəssisəni misal çəkmək olar.

Bütün bu və digər faktlar bir daha göstərir ki, qədim tarixə və yeni siyasi-iqtisadi maraqlara söykənən Azərbaycan-Rusiya münasibətlərinin bünövrəsi möhkəm, perspektivləri genişdir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video