18 Dekabr 2018 00:38
695
İQTİSADİYYAT
A- A+

Dünyada 34-cü, MDB-də birinci


Bu gün Azərbaycan həm də rahat, müasir dünya standartlarına cavab verən avtomobil magistralları, körpülər, yol qovşaqları, keçidlər ölkəsidir. Bunu beynəlxalq reytinq təşkilatları da təsdiq edir. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı”na görə, ölkəmiz yolların keyfiyyət indeksinə görə dünyada 34-cü yerdə, postsovet məkanında birincidir.

Azərbaycanın dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyət indeksi üzrə 34-cü pilləyə yüksəlməsi sıradan bir fakt deyil. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan yenidənqurma tədbirlərinin və onun tərkib hissəsi olan yol infrastrukturunun təkmilləşdirilməsinin nəticəsidir.

Bəli, bu gün Azərbaycan yolların keyfiyyətinə görə bir sıra Avropa ölkələrini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliyanı geridə qoyur. Ölkəmiz bu sahə üzrə Gürcüstandan 46, Rusiyadan 70, Qazaxıstandan 72, Ukraynadan 89 pillə irəlidədir.

Azərbaycanda cari ildə yol infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr icra edilib. Hələ ilin əvvəlində dövlət başçısı tərəfindən aidiyyəti qurumlara ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi barədə tapşırıq verilmişdi. Həmin tapşırığa əsasən, uzunluğu 452,1 km olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1534,9 km olan 67 kəndlərarası avtomobil yolları və 2 körpü bərpa olunub, Sumqayıt şəhərində 2 prospekt və 2 küçə əsaslı təmir edilib. Bütün bunlar 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050 km rahat avtomobil yollarından istifadə etməsi deməkdir.

Cari ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, ölkəmizin 23 rayonunda 54 layihənin icrası, 12 ölkə əhəmiyyətli, 37 kəndlərarası avtomobil yollarının tikinti və yenidənqurulması başa çatdırılıb. Bu dövrdə ümumi istifadədə olan 9 körpü də təmir edilib.

Azərbaycan dəmir yolu kimi avtomobil nəqliyyatı yolları üzrə də beynəlxalq əhəmiyyətli qovşağa çevrilir. Bunun üçün beynəlxalq əhəmiyyətli "Şimal-Cənub” dəmir yolu ilə yanaşı, magistral avtomobil yollarının tikintisi və yenidən qurulması da sürətlənir. Artıq bu istiqamətdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə start verilib.

R.KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video