17 Dekabr 2018 18:00
364
İQTİSADİYYAT
A- A+

On bir ayda Azərbaycanın ümumi daxili məhsulu 1 faiz artıb


Yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu 1,0 faiz artaraq 72432,1 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3 faiz, neft sektorunda isə 0,3 faiz artıb.

ÜDM-in 45,2 faizi sənayedə, 9,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,8 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 15,1 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 9,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,3 faiz, digər xidmət sahələrində 0,7 faiz artıb, tikintidə isə 13,1 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7378,5 manata bərabər olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video