Alternative content

07:01 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdmanın yüksəlişi Azərbaycanın ümumi inkişafından qaynaqlanır
İdmanın yüksəlişi Azərbaycanın ümumi inkişafından qaynaqlanır
ANA SƏHİFƏ / İDMAN
01:08 16.12.2018


Prezident İlham ƏLİYEV: "Hər bir möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir”


Azərbaycanda idmanın inkişafı naminə həyata keçirilən tədbirlər dövlətin yürütdüyü daxili siyasətin üstün istiqamətlərindəndir. Bu sahə bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, məlum olduğu kimi, idman yeni sağlam nəslin yetişdirilməsində müstəsna rol oynayır. Eyni zamanda idman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işində böyük əhəmiyyət kəsb edir.

Bununla yanaşı, idman ölkənin dünyada tanıdılmasına, dövlətin beynəlxalq aləmdə nüfuzunun artmasına yardımçı olur. Ümummilli lider Heydər Əliyevin vaxtilə qeyd etdiyi kimi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

Artıq Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə yetərincə nüfuz qazanmışdır. Amma o da məlumdur ki, hər hansı möcüzə baş verməmiş, sadəcə olaraq dövlət rəhbərliyi və səlahiyyətli orqanlar məqsədyönlü fəaliyyət göstərmiş və beləliklə, arzuolunan nəticə əldə edilmişdir. Onu da yaddan çıxarmaq olmaz ki, Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli inkişafından, dövlətin ümumi gücündən qaynaqlanır, çünki hər hansı zəif ölkənin ayrıca götürülmüş bir sahədə inkişaf etməsini təsəvvür etmək çətindir.

İdmanın yüksəlişində Milli Olimpiya Komitəsi (MOK) lokomotiv rolu oynamışdır. 1997-ci ildə MOK-un prezidenti seçilmiş cənab İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlamış, idmançıların hamisi və dostu kimi bütövlükdə cəmiyyətin hörmətini qazanmışdır.

Cəmi 21 il ərzində ölkənin idman infrastrukturu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuş, milli müstəqilliyin bərpasından əvvəl elə bir idman uğuru ilə yadda qalmamış Azərbaycan nəinki beynəlxalq turnirlərdə misilsiz uğurlara imza atmış, həm də irimiqyaslı idman tədbirlərinə evsahibliyi etmək bacarığı nümayiş etdirmişdir. Təkcə I Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində təşkilini qeyq etmək kifayətdir. Beynəlxalq idman ictimaiyyəti Azərbaycanın dünya idmanına, xüsusilə beynəlxalq olimpiya hərəkatına verdiyi töhfəni həmişə layiqincə qiymətləndirir. Vaxtilə Beynəlxalq Olimpiya Komitəsinin prezideni Jak Roqq milli olimpiya komitələrinə müraciət edərək demişdi ki, "Azərbaycan Milli Olimpiya Komitəsi başqa olimpiya komitələri üçün örnək olmalıdır, Azərbaycan Milli Olimpiya Komitəsindən nümunə götürməlisiniz”.

Milli Olimpiya Komitəmiz fəaliyyətini, həmişə olduğu kimi, indi də uğurla davam etdirir, ölkə idmanının inkişafı naminə yeni-yeni addımlar atır. Dekabrın 13-də MOK-da cari ilin idman yekunlarına həsr olunmuş mərasimdə əldə olunmuş uğurlardan bəhs olundu, gələcək planlar müzakirə edildi. Pespublika Prezidenti, MOK-un prezidenti İlham Əliyevin iştirak etdiyi tədbirdə vurğulandı ki, həmişə olduğu kimi, idmanımız bu ili də zəfərlə başa vurur, idmançılarımızın beynəlxalq turnirlərdə ölkəni layiqincə təmsil etməsi qürur doğurur.

Prezident İlham Əliyev mərasimdə çıxış edərkən idmançılarımızın bu il əldə etdikləri nailiyyətlərdən söz açdı, təmsilçilərimizin dünya, Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal qazanmasını məmnunluqla qeyd etdi. Dövlət başçısı belə bir məqamı növbəti dəfə vurğuladı ki, "Bu qələbələr sadəcə olaraq idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir”.

Prezident qeyd etdi ki, idman infrastrukturunun yaradılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Təkcə bölgələrdə 44 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Bu il bir kompleks inşa olunmuşdur, gələn il isə üç kompleksin tikintisi nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaq.

Məlum olduğu kimi, Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq turnirlər ölkəyə turist axınını gücləndirir. Dövlət başçısı çıxışında qeyd etdi ki, turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Əvvəlki illərlə müqayisədə artım bir qədər aşağı olsa da, fakt odur ki, baza artır. Bakının mərkəzində keçirilən "Formula-1” yarışının turistlərin cəlb edilməsində xüsusilə çox böyük rolu var.

İdmançılarımız həmişə dövlət qayğısı ilə əhatə olunublar. Dövlət başçısının qeyd etdiyi kimi, hər bir nəticə, hər bir uğur qiymətləndirilməlidir. Ənənəvi olaraq ilin sonunda idmançılara yüksək dövlət mükafatları, pul mükafatları və mənzillər təqdim olunur. Bu il də mükafatlar verildi, o cümlədən uğurları ilə yadda qalmış idman xadimlərinə 25 mənzil ayırmaq qərara alınmışdır.

Təbii ki, idmançılarımız qazanılmış uğurlarla kifayətlənə bilməzlər. Onları gələn il mötəbər yarışlar gözləyir. Təmsilçilərimiz qarşıdan gələn mübarizəyə indidən hazırlaşırlar.

Digər tərəfdən, ölkəmiz beynəlxalq idman tədbirlərini təşkil etmək ənənəsini davam etdirir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür. Səlahiyyətli orqanlar bu tədbirə də ciddi hazırlaşır. Qazanılmış təcrübə deməyə əsas verir ki, bu mühüm idman tədbiri də yüksək səviyyədə təşkil olunacaq. Gələn il paytaxtımız ilk dəfə olaraq UEFA Avropa Liqasının final görüşünə evsahibliyi edəcək. Belə bir matçın Bakıda keçirilməsinə nail olmaq o qədər də asan məsələ deyil. Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, yaradılmış infrastruktur, idman obyektləri, Olimpiya stadionunun istifadəyə verilməsi, müasir hotellərin inşası, təhlükəsizliyin təmin olunması, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində həlledici rol oynamışdır.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM