15 Dekabr 2018 21:22
375
SİYASƏT
A- A+

“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib


Çinin nüfuzlu "China Daily” qəzetində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) beynəlxalq icmalçısı, siyasi analitik Malik Ayub Sumbalın müəllifi olduğu məqalədə görkəmli dövlət xadimi Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən bəhs edilir.

Bildirilir ki, Heydər Əliyevin öz xalqı üçün apardığı mübarizənin nəticəsində Azərbaycan dünya arenasında müasir və mədəni ölkəyə çevrilib. Ölkənin Cənubi Qafqaz regionunda sevgi mesajı yayaraq sülh və harmoniya ilə multikultural və çoxdinli bir cəmiyyətə çevrilməsi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Bakıdan yayılan sülh və sabitlik çağırışı Azərbaycandan başqa heç bir Cənubi Qafqaz ölkəsindən eşidilməyib.

Azərbaycanın hazırda ümummilli lider Heydər Əliyev irsi və prinsipləri əsasında yaşayıb-yaratdığını vurğulayan müəllif qeyd edir ki, Heydər Əliyev doktrinası müasir Azərbaycanda praktiki olaraq uğurla həyata keçirilir və onun burada necə səmərəli təcəssüm tapdığını görmək mümkündür. Dahi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasında Azərbaycanın Qərb və İslam dünyası ilə, qədim və müasir mədəniyyətlər və sivilizasiyalar arasında əlaqələrin necə qorunub saxlanması öz əksini tapıb.

"China Daily” yazır ki, ümummilli lider Heydər Əliyev gələcək problemlərlə mübarizə aparmaq və dünyaya mesajını çatdırmaq məqsədilə Azərbaycan üçün müasir mədəni diplomatiyanın əsasını qoyub. Azərbaycanın indiki Prezidenti tərəfindən Heydər Əliyevin doktrinasının uğurla həyata keçirilməsi nəticəsində qeyd edilən mədəni diplomatiyanın hədəflərinə nail olunub.

Heydər Əliyevin tarixi kökləri yüz illərə söykənən müasir müstəqil Azərbaycan dövlətinə beynəlxalq aləmin münasibətini müəyyənləşdirmək üçün geniş dünyagörüşünə malik bir şəxsiyyət olduğunu vurğulayan müəllif dahi liderin gələcək problemlərdən xəbərdar olduğunu və öncədən gördüyü tədbirlərlə Azərbaycan xalqının rifahı üçün töhfə verən irs qoyduğunu qeyd edir.

Sonda bildirilir ki, hər il dekabrın 12-də cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu böyük liderin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anırlar.

Qeyd edək ki, Malik Ayub Sumbalın həmin məqaləsi İtaliyanın nüfuzlu "İl Nodo di Gordio” beyin mərkəzinin saytında da yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video