15 Dekabr 2018 12:55
167
SİYASƏT
A- A+

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”


Mərakeşin geniş oxucu auditoriyasına malik "Əl-İslah və ət-Tənmiyə” qəzetində "Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Mərakeşdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasiminin keçirildiyi bildirilir. Müəllif qeyd edir ki, yerli ictimai xadimlərin, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərinin iştirak etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Oktay Qurbanov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Məqalədə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi mənalı və zəngin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilir. Qeyd olunur ki, SSRİ-nin yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman olan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, ölkənin iqtisadi dirçəlişi üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirmişdi.

Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan müəllif Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafında rolunu xüsusi vurğulayır.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulur, İslam Əməkdaşlıq Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələr qəbul etdiyi bildirilir. Bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyi, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyi diqqətə çatdırır.

Məqalədə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verilir.

Sonda müəllif müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin gördüyü böyük işlərlə öz xalqının xatirəsində yaşadığını və daim yaşayacağını vurğulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video