14 Dekabr 2018 22:29
521
Mədəniyyət
A- A+

Emin Ağalarov: 2019-cu ilə möhtəşəm planlarım var


Mənim hər il dekabr ayında Bakıda, Moskvada, Sankt-Peterburqda keçirilən konsertlərim ad günümə ən yaxşı hədiyyədir. Bu, dostlarımı, yaxınlarımı, pərəstişkarlarımı bir yerə toplamaq üçün də yaxşı fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov "Bumeranq 2018" adlı solo-konsertindən əvvəl jurnalistlərlə görüşündə bildirib.

E.Ağalarov deyib: "2018-ci il mənim üçün məhsuldar olub. "Jara" festivalı isə həmişə olduğu kimi, parlaq və yaddaqalan idi. Bu il mənim "Neba ne boyalis" ("Səmadan qorxmurduq") albomum işıq üzü görüb. Bu alboma bir çox hitlər, o cümlədən "Mənim Azərbaycanım" mahnısı daxil edilib. Bir çox televiziya layihələri olub. Ümidvaram ki, 2019-cu il daha da məhsuldar olacaq".

"Konsertlərimdən əvvəl fan-klubumun təşəbbüsü ilə "Xeyirxahlıq bumeranqı" aksiyası keçirilir. Disklərim, plakatlarım və s. xeyriyyə məqsədilə satılır. Yığılan bütün vəsait mənim tərəfimdən ikiqat artırılır, daha sonra konsertin keçirildiyi şəhərdə yerləşən uşaq evləri və ya xəstəxanalara verilir. Mən, həmçinin bu müəssisələrdən olan uşaqları öz konsertlərimə dəvət edir, onlarla görüşürəm. Onlar mənə musiqi sürprizləri hazırlayırlar. Xeyriyyəçiliklə məşğul olmaq çox vacibdir. Bir azərbaycanlı olaraq, öz həmvətənlərimə, həmçinin rusiyalılara yardım edirəm. Hətta mən hər hansı bir digər ölkədə olsam belə, kiminsə yardıma ehtiyacı olduqda, mütləq kömək edirəm. Mən daim irəliləməyi sevirəm. 2019-cu il üçün planlarım möhtəşəmdir", - deyə sonda müğənni bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video