14 Dekabr 2018 18:38
432
DÜNYA
A- A+

Fransa hökuməti etiraz aksiyalarını dayandırmağa çağırır


Fransa hökumətinin nümayəndəsi Benjamin Qrivo Strasburqda baş vermiş terror hücumundan sonra "sarı jiletlər”i yeni etiraz aksiyaları təşkil etməməyə çağırmışdır. O, CNEWS telekanalına müsahibəsində bildirmişdir ki, "sarı jiletlər” bugünə təyin olunmuş aksiyaları ləğv etməmişlər və ona görə adamların küçələrə çıxmasının qarşısını almaq çətin olacaq.

Ekologiya naziri Fransua de Rugi "Public Senat” telekanalına müsahibəsində "sarı jiletlər”nin aksiyalarının tam dayandırılmalı olduğunu vurğulamışdır.

Fransa Milli Assambleyasının spikeri Riçard Ferrand "France İnter” telekanalına demişdir ki, Prezident Emmanuel Makron "sarı jiletlər”in tələblərinə cavab vermişdir və ona görə aksiyalara son qoyulmalıdır.

Bu arada "sarı jiletlər” bütün ölkədə, ilk növbədə Parisdə yeni etiraz aksiyalarının davam etdirilməsinin zəruriliyi barədə bəyanatlarla çıxış etmişdir.

Xatırladaq ki, ötən çərşənbə axşamı Strasburqda törədilmiş terror aktı nəticəsində dörd nəfər həlak olmuşdur. Silahlı hücumda şübhəli bilinən Şərif Şekatt saxlanılarkən polis tərəfindən öldürülmüşdür. Yerli DNA qəzetinin xəbərinə görə, bıçaq və tapança ilə silahlanmış 29 yaşlı Şekatt Strasburqun Neydorf rayonunun Lazaret küçəsində güllələnmişdir. O, birinci olaraq polisə hücum etmiş və cavab atəşi ilə öldürülmüşdür. Polislər arasında zərərçəkən olmamışdır.

"France İnfo” radiostansiyasının xəbərinə görə, Şekatt anbarda gizlənirmiş.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video