14 Dekabr 2018 18:36
376
DÜNYA
A- A+

İraqın şimalında terrorçuların 30-dan çox obyekti məhv edildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuların obyektlərini məhv etmək üçün əməliyyat keçirmişdir. 30-dan çox obyekt məhv edilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Antiterror əməliyyatında Türkiyə hərbi hava qüvvələrinin 20-dən çox təyyarəsi, habelə pilotsuz uçuş aparatları və yanacaqdoldurma təyyarələri iştirak etmişdir. Hava hücumunun hədəfləri kəşfiyyat məmulatları əsasında müəyyənləşdirilmişdir. Dinc sakinlərə zərər dəyməməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Müdafiə naziri Hulusi Akar və qoşun növlərinin komandanları Türkiyə hərbi hava qüvvələrinin qərargahından antiterror əməliyyatının gedişini müşahidə etmişlər. Akarın dediyinə görə, ordu qarşıya qoyulmuç bütün vəzifələri yerinə yetirmişdir və yeni əməliyyatlara hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video