14 Dekabr 2018 18:30
340
SİYASƏT
A- A+

Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb



Rusiya Xarici İşlər Nazirliyi ölkənin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakıya səfəri barədə kütləvi informasiya vasitələri üçün məlumat yayıb.

AZƏRTAC həmin məlumata istinadla xəbər verir ki, dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib. İclasda QDİƏT-ə üzv olan dövlətlərin ticarət, maliyyə, makroiqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, həmçinin səhiyyə sahəsində qarşılıqlı əlaqəsinə dair məsələlərin geniş dairəsi nəzərdən keçirilib. Təşkilata Azərbaycanın rəhbərliyi dövründə nəqliyyat, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları nazirlərinin müşavirələrinin, digər tədbirlərin nəticələri müzakirə edilib. Bu fəaliyyətin yekunları yüksək qiymətləndirilib. 2019-cu il yanvar-iyun aylarında QDİƏT-ə Bolqarıstan sədrlik edəcək.

Məlumatda bildirilir ki, Sergey Lavrov Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Sənəddə deyilir: "Siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm aspektləri konstruktiv şəkildə müzakirə olunub. Tərəflər Rusiya-Azərbaycan strateji tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə çatdırmaq məqsədilə bu il sentyabrın 1-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında rəsmi danışıqların yekunlarına əsasən bəyənilmiş beş yol xəritəsinin həyata keçirilməsi üzrə işlərin sürətindən razı qaldıqlarını bildiriblər. Regional və beynəlxalq gündəlikdəki aktual məsələlərə dair ənənəvi qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi aparılıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video