14 Dekabr 2018 18:28
436
CƏMİYYƏT
A- A+

Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb



Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarından qəbula gələn sakinləri fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev də iştirak edib.

Vətəndaşların müraciətlərində əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunma, sosial sığorta münasibətləri, imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təminatı və s. məsələlərə aid olub. Sorğu xarakterli müraciətlərə cavab olaraq, hüquqi izahatlar verilib, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin həlli təmin edilib.

S.Babayev vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. O, regionlarda yaşayan əhalinin də "DOST” mərkəzləri vasitəsilə dövlət sosial xidmətlərindən sadə prosedurlarla, tam şəffaf və rahat şəkildə istifadə imkanları əldə edəcəyini bildirib. Nazir 2019-2025-ci illər üzrə "DOST” regional proqramı çərçivəsində, həmçinin Bərdə və Ağcabədi rayonlarında da belə mərkəzlərin yaradılacağını deyib. Dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdirildiyini vurğulayan nazir artıq həmin bölgədə də şəhid hərbi qulluqçuların bir qrupunun vərəsələrinin birdəfəlik ödənişlə təmin olunduqlarını qeyd edib.

Müraciət edənlərdən bir qisminin istəkləri nəzərə alınaraq onlara vakant iş yerlərinə göndəriş verilib, habelə ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınıblar. S.Babayev Bərdə, Tərtər, Ağcabədi rayonlarında bu ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə 1930 işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiklərini deyib. Nazir qeyd edib ki, üç rayon üzrə cari ildə 326 aztəminatlı ailə özünüməşğulluq proqramına cəlb olunub və onlardan artıq 200 ailənin proqram çərçivəsində verilmiş mal və materiallar hesabına kiçik ailə təsərrüfatları yaradılıb.

Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb olunmaları, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyata götürülüblər.

Nazir S.Babayev və V.İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində də olublar. Mərkəzdə çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlər göstərilir, onlar maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklərə cəlb olunur, bacarıqları inkişaf etdirilir. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan nazir günərzi xidmətlərin təşkili məsələləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video