14 Dekabr 2018 18:17
371
SİYASƏT
A- A+

Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm


Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına altı aylıq sədrliyi müddətində QDİƏT məkanında təhlükəsiz, səmərəli nəqliyyat-tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides və Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, QDİƏT bundan sonra da fəallıq nümayiş etdirməli, Avropa İttifaqı səviyyəsinə çatmalıdır. O, bu işin çətin olduğunu deyərək bununla bağlı işçi qrupun Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində çalışdığını bildirib. Nazir müavini bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Mahmud Məmməd-Quliyev vurğulayıb ki, QDİƏT çərçivəsində islahatlar aparılmalı, konkret prioritetlər müəyyənləşdirilməlidir.

Baş katib Maykl Kristides qeyd edib ki, 26 ildir fəaliyyət göstərən QDİƏT çərçivəsində dövlətlərarası əməkdaşlıq inkişaf etdirilir. Bu gün QDİƏT daha geniş sahədə fəaliyyət göstərir. Nəqliyyat, ticarət, cinayətkarlıqla birgə mübarizə, səhiyyə, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. "Azərbaycana təşəkkür edirəm ki, altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi. Əminəm ki, bundan sonra da irəliləyişlərə nail olacağıq”, - deyə o əlavə edib.

QDİƏT-ə növbəti müddətdə sədrlik edəcək Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova qeyd edib ki, ölkəsi regional əməkdaşlığa böyük önəm verir. QDİƏT əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. O bildirib ki, QDİƏT Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirəcək. Bolqarıstanın təşkilata sədrliyi dövründə bu məsələyə diqqət artırılacaq. Nazir müavini vurğulayıb ki, qarşıdakı dövr ərzində enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əlaqələr daha da inkişaf etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video