14 Dekabr 2018 18:16
730
Elm və texnika
A- A+

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertasiya mövzusu təsdiqlənib


AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın bu il üçün sonuncu – 11-ci iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda 4-ü elmlər doktorluğu, 25-i isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 29 dissertasiya mövzusu müzakirə edilib.

Akademik Rafael Hüseynovun rəhbərliyi ilə aparılmış müzakirələrdə şuranın sədr müavini, professor Əskər Rəsulov, şuranın katibi, professor Aida Qasımova və şuranın digər üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Cəlil Nağıyev, Bədirxan Əhmədov, Rəhilə Qeybullayeva, Fəxrəddin Veysəlli, Paşa Kərimov, Şəfəq Əlibəyli, Qorxmaz Quliyev, Bilal İsmayılov, İmamverdi Həmidov, Ramiz Əsgər, Nadir Məmmədli, Qulu Məhərrəmli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Mövzusunun müzakirəsi və təsdiqi üçün elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı Lalə Həsənovanın "Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsrin tipologiyası və inkişaf mərhələləri”, Azərbaycan Dillər Universitetinin doktorantı Vüsalə Mirzəyevanın "ABŞ ədəbiyyatında magik realizm: tarixi və tipologiyası” mövzuları olduğu kimi saxlanılıb. Azərbaycan Dillər Universitetinin dissertantı Mehman Əliyevin "Müstəqillik dövrü Azərbaycan nəsrində bədii-estetik özünəməxsusluqlar və inkişaf perspektivləri” və Sumqayıt Dövlət Universitetinin dissertantı Törə Məmmədovanın "Çağdaş Azərbaycan sosial-fəlsəfi romanının inkişaf problemləri” mövzuları isə ixtisas indekslərinə uyğun olmadığından təsdiq edilməyib.

Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə "İngilis dilində sosial kulturoloji metaforların struktur-semantik xüsusiyyətləri”, "Qədim türk dastanları və eposçuluq ənənələri”, "Müstəqillik dövrü Azərbaycan nəsrində psixologizm (2000-2010-cu illər)”, "Müasir rus və Azərbaycan dillərində "Qarabağ” diskursu”, "Qutadğu bilig” əsərində feillərin qrammatik və semantik xüsusiyyətləri”, "Yemək mədəniyyəti konseptsferi”, "XX əsr Güney Azərbaycan ədəbiyyatı çağdaş milli nəzəri fikir kontekstində”, "Ədalət” konseptinin linqvo-kulturoloji xüsusiyyətləri” "İngilisdilli ədəbiyyatlardan Azərbaycan dilinə tərcümələrdə lakunaların verilməsi problemi (postsovet dövr tərcümələri əsasında)”, "Türk dillərində onomastikanın tədqiqi istiqamətləri”, "Mir Cəlal yaradıcılığında folklor motivləri” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

İclasda müzakirə olunmuş 29 dissertasiya mövzusundan 6-nın adında dəyişiklik edilməklə, ümumilikdə 18 mövzu təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video