14 Dekabr 2018 18:10
237
İQTİSADİYYAT
A- A+

Bakı Limanı 45 mininci sərnişini qəbul edib


Dekabrın 14-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 mininci sərnişini qəbul edib.

AZƏRTAC xəbər verir ki, 45 mininci sərnişin olan Türkmənistan vətəndaşı Bibipatma Yarjanovanın mükafatlandırılması ilə bağlı Bakı Limanında mərasim keçirilib. Tədbirdə Bakı Limanının və Türkmənistan səfirliyinin nümayəndələri iştirak edibdir.

Bakı-Türkmənbaşı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma Yarjanova bildirib ki, "Bu xoş təsadüf məni çox sevindirdi. Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Qeyd edək ki, son iyirmi ildə rekord sayda sərnişin daşınma məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişin daşınmada 50 faiz artım qeydə alınıb və ilin sonuna sərnişin sayının 47 min nəfəri keçəcəyi gözlənilir. Sərnişin sayının artması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Bu terminal ildə 150 min sərnişinə xidmət göstərəcək.

Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və ya xüsusi proqram yükləməklə əldə edə biləcəklər.

Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52 faizi Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və "Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video