14 Dekabr 2018 18:09
164
CƏMİYYƏT
A- A+

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dekabrın 14-də Sumqayıt şəhərində vətəndaş qəbulu keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin Sumqayıtın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Qəbul cədvəlinə müvafiq olaraq Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Səsləndirilən fərdi müraciətlər əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi ilə bağlı olub. Dövlət əmlaklarının özəlləşdirilməsi və icarəyə götürülməsi, hərraclarda iştirak məsələləri də vətəndaşları maraqlandıran məsələlər sırasında yer alıb.

Struktur bölmələrin rəhbərlərinin də iştirak etdiyi qəbulda hər bir vətəndaş müraciətini diqqətlə dinləyən komitə sədri məsələlərin qanunvericiliyə uyğun həll olunması üçün tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerindəcə müsbət həllini tapıb. Bəzi araşdırılma tələb edən məsələlər nəzarətə götürülüb. Komitənin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara ötürülməsi üçün qeydiyyata alınıb.

Tətbiq olunan yeniliklərdən danışan komitə sədri ünvan məsələləri ilə bağlı bütün məlumatların daxil edildiyi yeni virtual mənbə olan Ünvan Portalının imkanları barədə məlumat verib. Bildirib ki, yaradılan innovativ platformanın məlumat bazası Ünvan Reyestri İnformasiya Sistemidir. Vətəndaşların, dövlət qurumları və hüquqi şəxslərin istifadəsinə verilən portalın üstünlüklərindən biri də burada yeni ünvanlarla bərabər, köhnə ünvanların da yerləşdirilməsidir. Funksional elektron mənbə obyektin giriş ünvanı, yerləşdiyi küçə, sərhəd və parselləri ilə bağlı məlumat verməklə yanaşı, istifadəçinin olduğu yerdən getmək istədiyi obyektə qədər məsafəni də müəyyən edir.

Müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına xidmət edən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı görülən işlər isə davam etdirilir. Belə ki, kadastr işlərinin yekunlaşdığı 30-a yaxın rayonda daşınmaz əmlak obyektləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpaqların sahə və ölçüləri, təyinatı, kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı dəqiq məlumatlar əldə olunub. Bu məlumat bazası ilə daha müasir formada torpaq idarəçiliyini təşkil etmək və kateqoriyasına uyğun istifadəyə nəzarət etmək mümkündür.

Qəbul zamanı komitə sədri Kərəm Həsənov göstərilən xidmətlərdə şəffaflığın və operativliyin təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video