14 Dekabr 2018 18:08
224
DÜNYA
A- A+

Rusiya səfirliyi Ermənistanda baş vermiş insidenti siyasiləşdirməyin əleyhinədir


Ermənistanda Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən qüvvələr Gümrü şəhərində rus əsgərinin 57 yaşlı erməni qadını döyərək öldürməsi hadisəsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar.

AZƏRTAC Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin "Facebook” səhifəsində yerləşdirilmiş bəyanata istinadla xəbər verir ki, diplomatik korpus erməni ictimaiyyətini bu insidenti siyasiləşdirməməyə və ölkənin hüquq-mühafizə orqanlarının obyektiv istintaq aparmasına mane olmamağa çağırıb.

Səfirliyin bəyanatında deyilir: "Əvvəl olduğu kimi, biz yenə də bu məsələni siyasiləşdirməməyə, tələsik nəticələr çıxarmamağa, erməni hüquq-mühafizə orqanlarına öz işlərini yerinə yetirməyə mane olmamağa çağırırıq. Mərhumun doğmalarına və yaxınlarına da baş sağlığı veririk”.

Xatırladaq ki, dekabrın 3-də Gümrü şəhərində 57 yaşlı qadın fiziki zorakılığa məruz qalıb və aldığı bədən xəsarətlərindən vəfat edib. Dekabrın 11-də Ermənistan prokurorluğunun yaydığı məlumatda bildirilib ki, bu cinayət işində şübhəli bilinən 102-ci Rusiya hərbi bazasının əsgəri saxlanılıb. KİV-lərin xəbərinə görə, rus hərbçi Rusiya tərəfinin razılığı ilə həbs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video