14 Dekabr 2018 18:05
209
DÜNYA
A- A+

Avropa Komissiyası Avropa Məhkəməsində uduzub


İqamətgahı Lüksemburqda yerləşən Avropa Ümumi Yurisdiksiya Məhkəməsi Fransa, Belçika və İspaniyanın birgə iddiasını təmin edib. O, bu ölkələrin zəhərli azot oksidi tullantılarının son normasının artırılması barədə Avropa Komissiyasının qərarından şikayət etmək hüququnu əsaslandırılmış sayıb.

AZƏRTAC xəbər verir ki, bununla da məhkəmə Avropanın yaşayış məntəqələrində yeni nəsil dizel avtomobillərinin hərəkətinə tətbiq edilmiş qadağanı əsaslı hesab edib. Məhkəmə Avropa Komissiyasının Avro 6 mühərrikləri ilə işləyən dizel avtomobillərinin yanma məhsullarının işlənmiş qaz normalarının tənzimlənməsi haqqında Avropa Komissiyasının iki il əvvəlki qərarını da qismən ləğv edib.

Almaniyanın "Deutsche Umwelthilfe” ekologiya təşkilatı Avropa Məhkəməsinin qərarını alqışlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video