14 Dekabr 2018 18:02
333
CƏMİYYƏT
A- A+

İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu


"ASAN Könüllülük” Məktəbinin məzunu olan Elmira Rəhimli 1000-ci ASAN Kadr olub. Belə ki, o, ASAN Kadr vasitəsilə ölkənin aparıcı banklarından biri olan Bank Respublikada kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, "ASAN Könüllülük” Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Bu məqsədlə yaradılan "ASAN Kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 4 il ərzində 1000 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.

Bu günə kimi www.asankadr.az portalı vasitəsi ilə 1099 müəssisə qeydiyyatdan keçib. Bundan başqa, karyera mərkəzi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video