Alternative content

11:42 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
10:04 14.12.2018

Dekabrın 13-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin sonuncu – altıncı turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, tur çərçivəsində ən gözlənilməz hesabı Yunanıstanda qeydə alınıb. "Olimpiakos” doğma meydanda İtaliyanın "Milan” klubunu 3:1 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra Milan təmsilçisi avrokuboklarda mübarizəni dayandırıb. F qrupunun digər oyununda İspaniyanın "Real Betis” klubu səfərdə Lüksemburq təmsilçisi "F91 Dudelanj” ilə heç-heçə edib - 0:0.

Qrup mərhələsini 12 xalla başa vuran "Real Betis” növbəti mərhələyə yüksəlib. Hər birinin aktivində 10 xalı olan "Olimpiakos” və "Milan” ikinci və üçüncü yerləri bölüşürlər. UEFA-nın reqlamentinə əsasən, şəxsi oyunların nəticəsinə görə Yunanıstan təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb. "F91 Dudelanj” isə 1 xalla sonuncu pillədə yer alıb.

A qrupunda "Bayer Leverkuzen” səfərdə "AEK Larnaka”nı darmadağın (1:5) edərək 13 xalla qrup lideri kimi pley-offa yüksəlib. "Ludoqorets” ilə səfər görüşündə 1:1 hesablı heç-heçə edən "Sürix” də 10 xalla qrup ikincisi kimi qrupdan çıxmağı bacarıb. "AEK Lanaka” 5, "Ludoqorets” isə 4 xalla qrupda qalıblar.

B qrupu

"Leyptsiq” - "Rusenborq” – 1:1
"Seltik” - "Zaltsburq” – 1:2

Qrupdakı vəziyyət: "Zaltsburq” – 18 xal, "Seltik” – 9 xal, "Leyptsiq” – 7, ”Rusenborq” – 1 xal.

C qrupu

"Kopenhagen” - "Bordo” – 0:1
"Slavia Praqa” - "Zenit” – 2:0

Qrupdakı vəziyyət: "Zenit” – 11 xal, "Slavia Praqa” – 10 xal, "Bordo” – 7 xal, "Kopenhagen” – 5 xal.

D qrupu

"Dinamo Zaqreb” - "Anderlext” – 0:0
"Spartak Trnava” - "Fənərbağça” – 1:0

Qrupdakı vəziyyət: "Dinamo Zaqreb” – 14 xal, "Fənərbağça” – 8 xal, "Spartak Trnava” – xal, "Anderlext” – 3 xal.

E qrupu

"Arsenal” "Qarabağ” – 1:0
"Sportinq” – "Vorskla” – 3:0

Qrupdakı vəziyyət: "Arsenal” – 16 xal, "Sportinq” – 13 xal, "Vorskla” – 3 xal, "Qarabağ” – 3 xal.

G qrupu

"Vilyarreal” – "Spartak” – 2:0
"Rapid Vyana” - "Reyncers” – 1:0

Qrupdakı vəziyyət: "Vilyarreal” – 10 xal, "Rapid Vyana” – 10 xal, "Reyncers” – 6 xal, "Spartak” – 5 xal.

H qrupu

"Marsel” - "Apollon Limassol” – 1:3
"Latsio” – "Ayntraxt” – 1:2

Qrupdakı vəziyyət: "Ayntraxt” – 18 xal, "Latsio” – 9 xal, "Apollon Limasol” – 7 xal, "Marsel” – 1 xal.

I qrupu

"Beşiktaş” – "Malmö”– 0:1
"Genk” - "Sarpsborq” – 4:0

Qrupdakı vəziyyət: "Genk” – 11 xal, "Malmö” – 9 xal, "Beşiktaş” – 7 xal, "Sarpsborq” – 5 xal.

J qrupu

"Akhisar” – "Standart Liq” - 0:0
"Sevilya” - "Krasnodar” – 3:0

Qrupdakı vəziyyət: "Sevilya” – 12 xal, "Krasnodar” – 12 xal”, "Standart Liq” – 10 xal, "Akhisar” – 1 xal.

K qrupu

"Renns” – "Astana” – 2:0
"Dinamo Kiyev” - "Yablonets” – 0:1.

Qrupdakı vəziyyət: "Dinamo Kiyev” – 11 xal, "Renns” – 9 xal, "Astana” – 8 xal, "Yablonets” – 5 xal.

L qrupu

"PAOK” - "BATE Borisov” – 1:3
"Videoton” – "Çelsi” – 2:2.

Qrupdakı vəziyyət: "Çelsi” – 16 xal, "BATE Borisov” – 9 xal, "Videoton” – 7 xal, "PAOK” – 3 xal.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 17-də atılacaq.
Turnirin 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM