14 Dekabr 2018 00:51
981
Təhsil
A- A+

Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzalandı


Ölkəmizin STEM mərkəzli təhsil verən ilk məktəbi olan Hədəf Liseyi, "Makeblock” şirkətinin Azərbaycan üzrə eksklüziv nümayəndəsi olaraq mühəndislik tədrisində "Makeblock” məhsullarından istifadə etməklə yanaşı, şirkətlə əlaqədar mövzularda birlikdə seminar, təlim, olimpiadalar keçirməyi və ortaq kurrikulum hazırlamağı nəzərdə tutan müqavilə imzalayıb.

Qeyd edək ki, dünyanın 140 ölkəsində 20000-dən artıq məktəb STEM və kodlaşdırma təhsili üçün "Makeblock” şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir.

2017-ci ildə dünya üzrə 4.5 milyon insanın proqram təminatı və məhsullarından istifadə etdiyi şirkətin satış həcmi, 70 faizi ixrac olmaqla, 30 000 000 ABŞ dolları olub. Şirkət hər il "MakeX” adlı robototexnika yarışına da evsahibliyi edir. Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6000-dən çoxdur.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video