13 Dekabr 2018 19:57
298
CƏMİYYƏT
A- A+

Tərtərlilər ulu öndərin xatirəsini ehtiramla yad etmişlər


Tərtərlilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Minlərlə rayon sakini mərkəzi meydanda ulu öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq sonsuz məhəbbət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
"Dəyirmi masa” arxasında keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Ulu öndərin hakimiyyəti dövrlərində qazandığı uğurlar Tərtərin timsalında da aydın görünür. Məhz ulu öndərin birinci hakimiyyəti illərində Tərtər şəhərində qəsəbə salındı. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsal edən zavodlar istifadəyə verildi.
Ümummilli lider dəfələrlə Tərtərdə olmuş, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak etmiş, Sərsəng su anbarının tikintisi ilə maraqlanmış, pambıqçılıqla əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirmişdir.
M.Məmmədov ulu öndərin layiqli davamçısı, prezident İlham Əliyev tərəfindən dahi Heydər Əliyev ideyalarının və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

L.QULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video