13 Dekabr 2018 19:37
351
İQTİSADİYYAT
A- A+

Azərbaycanın da iştirak etdiyi Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib


Bu gün Əfqanıstanın Herat şəhərində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyənin iştirak etdiyi Lazurit dəhlizi (Lapis-Lazuli) üzrə yükdaşımaların başlanmasına həsr olunmuş mərasim keçirilib.

AZƏRTAC "ORİENT” informasiya agentliyinə istinadla xəbər verir ki, mərasimdə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Türkmənistan və Əfqanıstanın nəqliyyat nazirliklərinin rəhbərləri, Türkiyənin Əfqanıstandakı səfiri və digər rəsmi şəxslər iştirak ediblər.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani mərasimdə çıxışı zamanı Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentlərinin regional əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə də Lapis-Lazuli layihəsinin reallığa çevrilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək.

Qeyd olunub ki, Türkmənistan Lapis-Lazuli nəqliyyat dəhlizi layihəsinin reallaşmasına böyük töhfə verir. Məhz Aşqabadda keçirilən Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) "Lazurit” marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair razılıq əldə olunub və müvafiq saziş imzalanıb. Türkmənistan öz vəsaitləri hesabına Sərhədabaddan Əfqanıstanın Turqudi stansiyasına qədər yeni dəmir yolu xətti çəkib və bununla öz cənub qonşusunu daha bir kanal vasitəsilə öz nəqliyyat sisteminə və buradan da beynəlxalq qovşağa birləşdirib.

Təntənələrin kulminasiya nöqtəsi Prezident Məhəmməd Əşrəf Qani və onu müşayiət edən digər yüksəkvəzifəli şəxslərin qırmızı lenti kəsməsi və bundan sonra doqquz ağırtonnajlı avtomobildən ibarət pilot avtomobil karvanının Lazurit dəhlizi marşrutu ilə yola salınması olub. Yüklər Heratdan Turqundi stansiyasına, oradan Türkmənistanın Sərhədabad şəhərinə, sonra bütün ölkənin ərazisindən keçərək Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatacaq. Daha sonra avtomobil karvanı Xəzər dənizi ilə Azərbaycana – Bakı Beynəlxalq Dəniz Limanına yola salınacaq.

Beləliklə, Lapis-Lazuli marşrutu üzrə ilk sınağa start verilib. Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək imkanı verəcək. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına səbəb olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video